“Avrora” MMC əməkdaşları hər il müəyyən periodlarda şirkətdə könüllü qanvermə aksiyasında iştirak edir, talassemiya və hemofiliyalı xəstələr üçün donor olurlar. Bununla bağlı Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı “Avrora” MMC əməkdaşlarına təşəkkürünü bildirib.


Məlumat üçün bildirək ki, bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.