Search here...
TOP

Avrora kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib

Avrora kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib. Şəhidlərimizin əziz xatirəsini yad etmək və onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqları ehtiramla anmaq məqsədilə keçirilən bu ziyarətdə Avrora ailəsi bir daha ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanları böyük minnətdarlıqla xatırladı. Ziyarət zamanı kollektivimiz şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq, onların əbədi olaraq qəlbimizdə yaşayacağını vurğuladı.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad olunub.