Search here...
TOP

Avrora Qrup “SIAL Paris 2024” sərgisində iştirak edib

Avrora Qrup “SIAL Paris 2024” qida sərgisində öz stendi ilə çıxış edib. Sərgidə şirkətin istehsal etdiyi – “Bizon”, “Kreki”, “Harika”, “Tanelli”, “Berg Glucose”, “Sladena”, “Sladok” və s məhsullar müxtəlif ölkələrdən gələn qonaqlara nümayiş etdirilib. Həmçinin müxtəlif şirkətlərlə partnyorluq istiqamətində görüşlər keçirilib.
Dünyanın ən böyük və ən nüfuzlu qida sərgisi kimi tanınan sərgi 19-23 oktyabr tarixlərində keçirilib.
SIAL Paris 2024 sərgisində 200-dən çox ölkədən gələn təxminən 285000 ziyarətçi, 7500 sərgi iştirakçısı iştirak edib.