Ölkədə ilk KOB Klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC yaradılıb. Avrora Qrupa məxsus şirkət Quba rayonunda alkoqolsuz içkilərin istehsalında istifadə edilən təbii meyvə konsentratı istehsal edəcək. KOB klaster şirkəti və onun iştirakçıları üçün bir sıra güzəştləri nəzərdə tutan KOB klaster şəhadətnaməsi şirkətə təqdim olunub.
4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur.
Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb
