Avrora Qrup kollektivi 20 Yanvar şəhidlərini yad etdi
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Avrora Qrup kollektivi Azərbaycan tarixinin bu şanlı və hüznlü gününündə Şəhidlər Xiyabanını ziyarət edərək vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin hörmətlə yad edib.




