Search here...
TOP

Avrora Qrup Ramazan bayramında aztəminatlı ailələrə dəstək oldu

Avrora Qrup korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət ənənəsinə sadiq qalaraq, bu il də Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin yanında olub.

Aksiya çərçivəsində Avrora Qrup Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Qızıl Aypara Cəmiyyəti”ndə qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırıb. Yardım kampaniyasının məqsədi ehtiyac içində yaşayan insanlara bayram sevincini yaşatmaq və sosial həmrəyliyi gücləndirmək olub.

Avrora Qrup gələcəkdə də sosial məsuliyyət təşəbbüslərini davam etdirərək cəmiyyətə fayda verməyə və ehtiyacı olan insanlara dəstək olmağa davam edəcək.