2019-cu ildə tikintisinə başlanılan yeni Makaron fabrikinin inşaat işləri keçən ilin ll rübündə tamamlanmışdır. İlkin olaraq fabrikdə iki xətt – qısa kəsilmiş makaron və uzun kəsilmiş makaron xətti quraşdırılmışdır.
Yeni istehsal xətləri “Nou-hou’’ texnologiyalı, tam avtomatlaşdırılmış olduğu üçün məhsullar insan əli dəymədən istehsal edilir. Yeni fabrikin istənilən çeşid və formada məhsul istehsal etmək imkanları vardır.
Yeni istifadəyə veriləcək fabrik məşhur İtalyan brendi olan “FAVA” avadalıqları ilə təchiz edilmişdir. “FAVA” avadanlıqları yüksək dəqiqliyə malikdir. Bu avadanlıqlar daha yüksək keyfiyyətli makaron məmulatlarının istehsalına şərait yaradacaqdır.
Ölkəmizin və Qafqazın böyüklüyünə və istehsal gücünə görə ən yaxşı makaron fabrikidir. Regionda alternativi olmayan fabrikdə istehsal ediləcək məhsullar ölkəmizlə yanaşı, xarici bazarlara da göndəriləcəkdir.
Qeyd edək ki, fabrikin birinci istehsal xəttinin yanvar ayının sonunda, ikinci xəttinin isə fevral ayının sonunda istismara verilməsi planlaşdırılır.