Avrora Qrup Moskvada təşkil olunan Prodexpo – 29-cu Beynəlxalq Qida, İçki və Qida xammalı materialları sərgisində öz stendi ilə iştirak edib. Sərginin məqsədi istehsalçıları beynəlxalq dstiribüter şirkətləri, mağazalar və restoranlar şəbəkəsi ilə görüşmək və ilkin əməkdaşlığa sövq etməkdir.
Avrora Qrup-un ixrac komandası sərgi zamanı həm daimi əməkdaşlıq etdiyi distribüter şirkətləri, həm də yeni əməkdaşlıqlar üçün digər beynəlxalq distribüter şirkətləri ilə görüşlər keçirmişdir. Şirkətin sərgidə 20-dən çox məhsul çeşidi (Bizon, Berg, Bingo, GO, Doymak, Lafarella, Doro, Kreki, Sladok, Sladyona və s.) nümayiş etdirilirdi.
Məlumat üçün bildirək ki, Avrora Qrup Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan, İraq, Rusiya, Liviya və digər ölkələrə məhsul ixrac edərək, ölkəmizin iqtisadiyyatına öz tövhəsini verir.