Futbol üzrə Şirkətlər liqasının nöbəti oyunları keçirilib. A qrupunda mübarizə aparan Avrora Qrup Kapital Bank yığmasıyla qarşılaşıb.
Gərgin və maraqlı keçən oyunda azarkeşlər 5 qola şahid olub. Ümumi hesab 4:1 bankirlərin xeyrinə olub. Avrora Qrupdan yeganə qolu hücum xəttində yer alan Türkel Həsənli vurub.
Qeyd edək ki, növbəti oyun 5 iyun 2021-ci il tarixində saat 09:00-da West Product Marketng MMC ilə olacaq. Hər kəsi dəstək üçün AzFar-ın Olimpiya stadionu yaxınlığında yerləşən stationuna dəvət edirik.