Search here...
TOP

“Avrora Qrup” futbol yığmasından 5 qolla qələbə

Futbol üzrə Şirkətlər liqasının növbəti oyunları keçirilib. A qrupunda mübarizə aparan “Avrora Qrup” “West product Marketing” MMC-nin yığma komandasıyla qarşılaşıb.

Gərgin, bol qollu və maraqlı keçən oyunda azarkeşlər 7 qola şahid olub. Ümumi hesab 5:2 Avrora Qrupun xeyrinə olub. Avrora Qrupdan qolları Ceyhun Abbasov, Elçin Əsgərov və Elşən Həsənov vurub.

Qeyd edək ki, növbəti oyun 12 iyun 2021-ci il tarixində saat 10:00-da ”Şam-Fi” MMC ilə olacaq. Qeyd edək ki, bu oyun həlledici xarakter daşıyır. Şirkətimizin yığmasını dəstəkləmək və birliyimizin nümayişi üçün hər kəsi AzFar-ın Olimpiya stadionu yaxınlığında yerləşən stadiona dəvət edirik.