10 sentyabr 2022-ci il tarixində futbol üzrə “Şirkətlər Liqası”nın start oyunları baş tutub. C qrupunda mübarizə aparan Avrora Qrup yığması “Veysəloğlu MMC”-nin Salyan ETİ komandası ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən oyunda azarkeşlər 8 qola şahid olub. Ümumi hesab 8:0 şirkətimizin xeyrinə olub. Növbəti qarşılaşma 17 sentyabr 2022-ci il tarixində E-Manat MMC-nin yığmasına qarşı olacaq. Hər kəsi dəstək üçün AzFar-ın Olimpiya stadionu yaxınlığında yerləşən meydançasına dəvət edirik.
Yığma komandamıza uğurlar arzu edir, qələbə sevincini bizlərə yaşatmasını diləyirik!