17 sentyabr 2022-ci il tarixində futbol üzrə “Şirkətlər Liqası”nın növbəti turun oyunları baş tutub. C qrupunda mübarizə aparan Avrora Qrup yığması “E Manat MMC”-nin yığma komandası ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən oyunda azarkeşlər 9 qola şahid olub. Ümumi hesab 7:2 şirkətimizin xeyrinə olub. Növbəti qarşılaşma 24 sentyabr 2022-ci il tarixində Hünər Qrup yığmasına qarşı olacaq. Hər kəsi dəstək üçün AzFar-ın Olimpiya stadionu yaxınlığında yerləşən meydançasına dəvət edirik.
Yığma komandamıza uğurlar arzu edir, qələbə sevincini bizlərə yaşatmasını diləyirik!